ABŞ-ın keçmiş prezidenti Barak Obama və xanımı Mişel Karib dənizindəki Nekker adasına yollanıblar.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar milyarder Riçard Brensonun istirahət mərkəzində dincəliblər.
Qeyd edək ki, Obama ABŞ-ın yeni prezidenti Donald Trampın miqrantlara qarşı sərt qərarlarını pisləyib və bunu "ABŞ tarixinə və dəyərlərinə ciddi zərbə" adlandırıb.