Ancelina Coli Bred Pitlə boşanmasından danışıb ağladı - fotolar

Ancelina Coli Bred Pitlə boşanmasından danışıb ağladı - fotolar
4531 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Ancelina Coli Kambocada çəkdiyi "Birinci mənim atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First They Killed My Father: A Daughter of Cambodia Remembers") filmini təqdim edib.

Axşam.az-ın xarici KİV-ə istinadən  məlumatına görə, Afrika ölkəsində keçirilən təqdimatda Colinin uşaqları: Meddoks, Paks, Zaqhara, Şayla, Vivyen və Noks əkizləri iştirak edib. Kambocanın mədəniyyət və incəsənət naziri Pxyan Sakona da aktrisanın rejissorluq etdiyi filmin nümayişinə qatılıb.

Diqqət çəkən əsas detallardan biri isə hər zaman qara geyimdə olan Ancelinanın bu dəfə çəhrayı rəngdə libas geyinməsidir.

A.Coli ilk dəfə aktyor Bred Pitlə boşanması haqqında da danışıb.

O, BBC-yə müsahibəsində bu haqda fikirlərini bölüşərkən ağlayıb:

"Bu haqda çox danışmaq istəmirəm. Ancaq bunu deyə bilərəm ki, bu, çox çətin vaxtlardır. Biz ailəyik və hər zaman da ailə qalacağıq. Biz bu dövrü yaşayacağıq və ümid edirəm ki, daha güclü bir ailə olacağıq".

Aktrisa ABŞ prezidenti Donald Tramp haqda da bunları deyib:

"Amerika xalqı bütün prezidentlərdən daha böyükdür. Ölkəmə və dəyərlərimizə inanıram. Hazırda hiss etdiyimiz çox şeyin bünövrəsində qorxu və nifrət yaymaq, insanları irqlərinə və fikirlərinə görə ayırmaq var. Bu, əsl Amerika deyil".