Elza Seyidcahandan "Xocalını anın" - fotolar

Elza Seyidcahandan "Xocalını anın" -  fotolar
1424 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Elza Seyidcahan Xocalı soyqırımının 25-ci ildönümü münasibətiylə tədbir təşkil edib.

Axşam.az-ın məlumatına görə, "Xocalını anın" adlı tədbir Rəşid Behbudov adına Mahnı Teatrında baş tutub.

Tədbirdə Dövlət Xalq Çalğı Alətləri Orkestri, Azərbaycan Dövlət Xor Kollektivi, Heydər Əliyev adına Ali Hərbi Məktəbinin Nəfəsli Alətlər Orkestri çıxış edib. Qonaqlar Xocalı faciəsindən bəhs edən tamaşa izləyiblər. Daha sonra E.Seyidcahan söz və musiqisi özünə aid olan "Qələbə uvertyurası"nı və "Şəhidlər" balladasını səsləndirib.

"Xocalı soyqırımı bizim heç vaxt unutmayacağımız bir faciəmizdir. Bu soyqırımda yüzlərlə analar, həyat yoldaşları, övladlar amansızcasına öldürüldü. Biz şəhidlərimizi heç vaxt unutmayacağıq" deyə, E.Seyidcahan bildirib.

E.Seyidcahan Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tərəfindən diplomla təltif edildiyini söyləyib.