Arvadından boşandı, mərhum qardaşının dul xanımı ilə sevgili oldu - fotolar

Arvadından boşandı, mərhum qardaşının dul xanımı ilə sevgili oldu - fotolar
23009 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin ailəsi haqqında qalmaqallı xəbər yayılıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Baydenin kiçik oğlu Hanter 2015-ci ildə vəfat edən qardaşı Beaunun xanımı ilə birgə yaşayır. O, qardaşının vəfatından sonra öz xanımından ayrılaraq Beaunun dul arvadı ilə münasibətə başlayıb.

ABŞ mediasında müxtəlif söz-söhbətə səbəb olan bu hadisə haqda Co Baydenin fikri də öyrənilib. O və xanımı Cill oğulları Hanterin qardaşı arvadı ilə münasibətini dəstəklədiklərini bildiriblər.

Qeyd edək ki, Delavaredə prokuror olan Beau iki il əvvəl xərçəng səbəbi ilə dünyasını dəyişmişdi. Ailəni sarsıdan bu hadisədən sonra Co Bayden də siyasətdən uzaqlaşmağa qərar verib və vəzifə müddəti bitəndən sonra yeni prezident Donald Trampın kabinetində yer almayıb.