Rejissor, aktyor İlham Qasımov “Stalinin başı” filminin qala gecəsinə qatılıb.
Axşam.az-a açıqlama verən aktyor “Bozbash pictures” komandasının ünvanına təriflər yağdırıb:
“Hamısı çox ürəyəyaxın, çox istedadlı oğlanlardılar, dostlarımızdır. Məncə uğurun da bir düsturu var, o da bu qədər istedadlı gəncin bir yerə toplanmasıdır”.
İ.Qasimov “Oğlan evi 2” filmindən bəhs edib:
“Filmin nə qədər izləndiyini deyə bilmərəm. Hələ mövsüm başa çatmayıb. Yəqin ki, aprelin sonunda buna nəzər yetirmək lazım olacaq. Amma bildiyim qədər “Naxox” bizdən bir az çox baxılıb. Digər filmlərdən xəbərdar deyiləm”.
Foto: Ramin ASLANOV