İllər əvvəl məşhur olan "Çılğın Bediş" serialının "Banu"su Sonay Aydının son fotolarını görənlər heyrətləniblər.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, İngiltərədə yaşayan aktrisanın şəkillərinə izləyiciləri “İndi daha gözəlsiniz” şərhini yazıblar.
Xatırladaq ki, 1996-99-cu illərdə ekranların ən sevilən personajlarından birini canlandıran aktrisa ötən ilin sonlarında Allan Gibsonla ailə qurub. 45 yaşlı Sonayın ilk nikahından bir qızı var.