Eyyub Yaqubovun yeni klipi: "Bakım mənim"
Müğənni Eyyub Yaqubovun yeni klipi işıq üzü görüb.
Axşam.az-ın məlumatına görə, "Bakım mənim" adlı mahnının musiqisi Elçin İmanova, sözləri Vahid Əzizə məxsusdur.
Ekran işinin rejissoru Faiq Kərimoğlu, operatoru isə Tanrıverdi Tanrıverdiyevdir. Elçin İmanov və qarmon ifaçısı Ənvər Sadıxovun da iştirak etdiyi ekran işi paytaxın görməli yerlərinin təsviri ilə zəngindir.