Əfsanəvi Britaniya musiqiçisi Pol Makkartni "The Making Of Queenie Eye" adlı kompozisiyasına çəkdirdiyi klipi təqdim edib.
Axşam.az-ın məlumatına görə, maraqlısı isə odur ki, klipdə bir çox məşhur simalar rol alıb.
Klipin süjet xətti olduqca sadədir. Belə ki, sənətkar mahnını ifa edir, ətrafdakı məşhurlar onun musiqisindən həzz alırlar.
Klipdə Coni, Keyt Moss, Meril Strip və digər tanınmış ulduzlar rol alıb.