Amerikanın realiti-şoularından birinin iştirakçısı olan model Kortni Stodden paylaşdığı fotosu ilə yenə diqqət mərkəzində olub.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Kortni ət rəngi gecə geyimi ilə çəkdirdiyi iki şəklini hesabında yerləşdirib.
200 min izləyicisi olan modelin fotolarına minlərlə bəyənmə gəlib.Qeyd edək ki, Kortni Stodden 16 yaşında olarkən 50 yaşlı aktyor Daq Hatçisonla ailə quraraq bütün diqqəti öz üzərinə cəlb etmişdi.
