Məşhur model qızarmış əqrəb yedi - foto

Məşhur model qızarmış əqrəb yedi - foto
1612 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Alessandra Ambrosio İnstaqramda paylaşdığı növbəti foto ilə gündəm olub.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Victoria`s Secret"in mələklərindən olan 35 yaşlı model yeni fotosessiya üçün Çinə yollanıb.

Çəkilişlərə fasilə verilən zaman küçədə satılan qızarmış əqrəbi ağzına apardığı yerdə çəkdiyi fotonu “yemək vaxtı” şərhi ilə paylaşıb.

Xatırladaq ki, bundan əvvəl aktrisa Ancelina Colinin Kambocada əqrəb və hörümcək yediyi vaxt şəkilləri çəkilib.