Modelyer müğənnilərin geyimindəki qüsurları dedi

Modelyer müğənnilərin geyimindəki qüsurları dedi
6441 dəfə oxunub
  • A-
  • A
  • A+
ATV telekanalında yayımlanan “Şarm” verilişinin son buraxılışı maraqlı anlarla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, diqqət çəkən süjetlərdən biri ulduzların paltar seçiminin müzakirəsi olub. Modelyer Afaq müğənnilərin geyimlərindəki qüsurları belə izah edib:

Müğənni Günay İbrahimli – Zövqlə geyinib. Saç düzümü yaraşır. Corablarının rənginə qədər hər şey düzgündür. Aksessuardan istifadə etməyib, sadəcə, sırğa taxıb. Böyük olduğu üçün stilinə uyğun gəlir. Günayın bu geyiminə beş verirəm.



Əməkdar artist Manana – Pencəyində, ayaqqabısında, saatında parıltı çoxdur. Geyimində iki elementdə parıltı kifayət idi. Köynəyini sadə görmək istərdim. Çox qüsurları deyib, xətrinə dəymək istəmirəm. Amma şalvarı da xoşuma gəlmədi. Mananaya 3 verirəm.



Müğənni Aysel Əlizadə - Paltarı çox bəyəndim. Ona olduqca gözəl yaraşır. Sırğaları da ayaqqabılarına uyğun seçib, amma rəngini bəyənmədim. Saçları bir az dağınıq olsa, yaxşı olar, çox buruqdur. Qüsur yoxdur, gözəl görünür. Buna görə də beş verirəm.



Qeyd edək ki, “Şarm” verilişi hər həftənin cümə axşamı saat 15:30-da ATV telekanalında Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanır.