Mehriban Əliyeva qızı ilə “Macarıstan günləri” tədbirində - fotolar

Mehriban Əliyeva qızı ilə “Macarıstan günləri” tədbirində -  fotolar
1084 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində “Azərbaycanda Macarıstan günləri” çərçivəsində rəsm sərgisinin açılışı və qala konsert olub.

Axşam.az-ın məlumatına görə, birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak ediblər.

Macar mədəniyyətinin ölkəmizdə təbliğinə xidmət edən bu layihə Macarıstanın Azərbaycandakı səfirliyi və Heydər Əliyev Fondu arasındakı əməkdaşlıq çərçivəsində baş tutub.

Mehriban Əliyevanın himayəsi ilə təşkil olunan tədbirlər silsiləsi geniş və maraqlı proqramı ilə diqqət çəkib.

Macarıstanın birinci xanımı Aniko Levainin də iştirak etdiyi “Macarıstan günləri”nin açılışında çıxış edən bu ölkənin Azərbaycandakı səfiri İmre Laslotski Mehriban Əliyevaya bu tədbirə himayədarlıq etdiyinə görə minnətdarlığını bildirib, Heydər Əliyev Fondu ilə əməkdaşlıqdan məmnun qaldıqlarını vurğulayıb, Novruz bayramı münasibətilə xalqımızı təbrik edib.

Sonra “Azərbaycanda Macarıstan günləri” çərçivəsində macar rəssam Ferents Аyzenhutun əsərlərindən ibarət rəsm sərgisinin açılışı olub.

Birinci vitse-prezident və Macarıstanın birinci xanımı sərginin rəmzi açılışını bildirən lenti kəsibdilər.

Daha sonra Macarıstanın Dövlət Xalq Ansamblının iştirakı ilə qala konsert olub.