Böyük Britaniya şahzadəsi Uilyam və xanımı, Kembric hersoginyası Keyt Middltonun Paris səfəri davam edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onlar bu dəfə səfirlikdə təşkil olunan şam yeməyi ziyafətinə qatılıblar. Keytin gecəyə geyindiyi möhtəşəm libas hər kəsin diqqətini çəkib.
Gecədə cütlüklə bərabər ingilis və fransız məşhurlar da iştirak edib. Onlar arasında Odri Tatu, Kristin Skott Tomas, Jan Reno da olub.