Ruhi Əliyeva cəzaçəkmə müəssisəsində - fotolar

Ruhi Əliyeva cəzaçəkmə müəssisəsində -  fotolar
4735 dəfə oxunub
  • A-
  • A
  • A+
İş xanımı Ruhi Əliyeva ənənəsinə sadiq qalaraq Novruz bayramı münasibətilə 1 saylı cəzaçəkmə müəssisəsinə yollanıb.

Axşam.az-ın məlumatına görə, R.Əliyeva məhbuslara bayram sovqatı aparıb. Təşkilatçılığını prodüser Tarix Əliyevin (Tolik) etdiyi tədbirdə konsert proqramı da keçirilib.

Müğənnilər Elton Hüseynəliyev, Sevda Yahyayeva, Sevil və Sevinc Səfərovalar, Rahidə Baxışova, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu mahnılarını, rəqqasə Fatimə Fətəliyeva isə rəqslərini məhbuslar üçün təqdim edib. 

Tədbir zamanı R.Əliyevaya hədiyyə də verilib. Məhbuslardan biri iş xanımının rəsmini çəkib. Cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən rəsm əsəri R.Əliyevaya təqdim olunub.