Bu gün “Childlove” adlı xeyriyyə tədbiri keçirilib.
Axşam.az-ın məlumatına görə, Novruz bayramı ilə bağlı təşkil olunan şənlikdə kimsəsiz və fiziki məhdudiyyəti olan uşaqlar iştirak ediblər.
Tədbirdə müğənnilər Sevil və Sevinc Səfərovalar, Günay İbrahimli, Samir Piriyev, aparıcı Cavid Gül, aşiq Samirə Əliyeva və başqa tanınmışlar yer alıblar. İfaçılar balaca qonaqlar üçün mahnılar səsləndiriblər.
Mərasimin diqqətçəkən məqamlarından biri küsülü olan G.İbrahimli ilə Sevil və Sevinc Səfərovaların üz-üzə gəlməsi olub.
Tədbirin təşkilatçısı Tural Babayev, Fikrət Qasımzadə, Elçin Babayev, Nigar Abıyeva olub. Bu dəfə kimsəsiz uşaq evinin sakinlərinin öz əlləri ilə yazdıqları diləkləri xeyirxah insanlar tərəfindən gerçəkləşdirilib.
"Dövlətimiz kimsəsiz uşaq evinin sakinlərinə hər zaman diqqət ayırır. Bizdə çalışdığımız qədər millətə xidmət edirik. "Childlove" Azərbaycan gənclərinin layihəsidir. Bu xeyriyyə işini etmək bizim borcumuzdur" deyə, təşkilatçılar bildirib.
Qeyd edək ki, 7 ildir fəaliyyət göstərən “Childlove” xeyriyyə tədbirini artıq səkkizinci dəfədir keçirir.
Foto: İlqam CƏBİYEV