Sabahdan "Fi" adlı internet serialı ilə ekranlara dönməyə hazırlaşan Serenay Sarıkaya "InStyle" jurnalının kamerası qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, açıqlamalar verən aktrisa yeni layihəsi haqda da danışıb:
"Çox həyəcanlıyam. "Medcezir" serialı ilə o qədər gözəl final etdik ki, yeni iş seçərkən çox diqqətli davranırdım. "Fi, Çi, Pi" seriyasından olan kitabları oxumuşdum. Onun seriala çevriləcəyini eşidəndə üstünlüyü avtomatik olaraq ona verdim.
Həqiqətən, çox gözəl heyətlə görülən işdir. Yaxşı şərtlərlə işləyirik. 170 dəqiqəlik bir ssenari ilə 60 dəqiqəlik ssenari arasında böyük fərq var".
Serenay həmkarı və sevgilisi Kərəm Bürsinlə münasibəti haqda da danışıb:
"Kərəm ilə gözəl münasibətimiz var. İkinci ilimizə giririk. Onun çox özəl ruhu var və bu, mənə yaxşı təsir edir. Bir dünya insanı olduğunu düşünürəm və bu, çox şey deməkdir. Mən də qadın olaraq onun sevgilisi olduğum üçün özümü şanslı hesab edirəm".