Modelyer Günay Mirzə yaz-yay kolleksiyasını təqdim edib.
Axşam.az xəbər verir ki, yeni kolleksiya “Pre de Porte” stilindədir.
Əsasən ağ, qara, qırmızı, eyni zamanda qızılı çalarlardan ibarət geyimlər gündəlik və kokteyl üçün nəzərdə tutulub. Modelyerin yeni kolleksiyasının ilham mənbəyi qədim türk geyimləridir. Müasir dəbi izləyən G.Mirzə bu dəfə köhnə dəbə yeni nəfəs gətirib.
“Əminliklə deyə bilərəm ki, bu geyimlərdə istənilən xanım zövqlü görünəcək və dəblə ayaqlaşa biləcək” – deyə, G.Mirzə bildirib.