"Ən bahalı qızılımı 8 minə almışam" - Aytəkin+fotolar

"Ən bahalı qızılımı 8 minə almışam" -  Aytəkin+fotolar
9858 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ən bahalı qızılıma 8 min manat vermişəm. Brend mənim üçün önəmli deyil, əsas qeyri-adi olsun”.

Bu sözləri aparıcı Aytəkin Mərdanova Axşam.az-a açıqlamasında deyib.

Qızıl həvəskarı olan aparıcı bildirib ki, tez-tez özünə zinət əşyası hədiyyə edir:

"Brilyanta çox da üstünlük verən deyiləm. Amma təkqaş brilyant üzükləri xoşlayıram. Əsasən gündəlik istifadə edə biləcəyim qızıllar alıram. Ən çox aldığım isə sırğadır. Çox xoşlayıram, gecə də onsuz yatmıram. Bir də üzük alıram. Ən son düşündüyüm boyunbağıdır. Bir dəfə qızıl mağazasına getmişdim, çantamda 450 manat var idi. Düşünürdüm ki, bu pulla üç-dörd gün dolanacam. Boyunbağı gördüm, çox bəyəndim. Son qəpiyimə kimi verib onu aldım. Hər il, əsaəsn də ad günlərimdə özümə qızıl hədiyyə edirəm. Evdə 20-yə yaxın sırğam var".

Foto: Ramin ASLANOV