Xanımına görə sərvətindən imtina edən oliqarx - fotolar

Xanımına görə sərvətindən imtina edən oliqarx - fotolar
7216 dəfə oxunub
  • A-
  • A
  • A+
Əslən Suriyadan olan, lakin Braziliya və Dubayda böyüyən 38 yaşlı iş adamı Mazzi Dumato indi Cənubi Amerikada vaqonda yaşayır.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, 3 milyon avroluq sərvətini xərçəng xəstələrinin müalicəsi üçün xeyriyyə fonduna bağışlayıb. Bundan başqa, Mazzi Braziliyada xərçəng xəstəliyinə qarşı xeyriyyə cəmiyyəti açıb.

Dumato bu addımı həyat yoldaşı Milena sinə xərçənginə tutulduqdan və özü 120 min avroluq “Ferrari”si ilə qəzaya düşdükdən sonra atıb.

Xanımın müalicəsinə 700 min dollar xərcləyərək onu həyata qaytaran Dumato əslində yaşamaq üçün hər şeyin puldan ibarət olmadığını anlayıb.