Model İrina Şeyk hamilə olsa da, hələ ki heç bir işini təxirə salmır.
Axşam.az-ın məlumatına görə, aktyor Bredli Kuperlə sevgili olan İrina bu dəfə "Vogue" jurnalının alman versiyası üçün kamera qarşısına keçib.
Rus gözəl dərginin üz qabığı üçün makiyajsız poz verib. Fotoları Piter Lindberq çəkib. Fotosessiyada Lara Stoun və Keyt Moss da iştirak edib. Onlar da makiyajsız görünüblər.

