14 il əvvəl "Gelinim olur musun" proqramında iştirak edərək tanınan Caner Toyqar dünən evlənib.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, Esra Erolun evlilik proqramında tanış olduğu Berke ilə elə canlı yayımda nikah masasına oturub.
Nikahdan bir neçə gün əvvəl isə canlı yayımda xına gecəsi keçirilib. Göz yaşlarını tuta bilməyən Caner çətin günlər keçirdiyini, amma artıq axtardığı xoşbəxtliyi tapdığını bildirib. Mərasimdə digər sürpriz isə Canerin küsülü olduğu anasının efirə gələrək oğlunu təbrik etməsi olub.
Bir müddət əvvəl Kəbə ziyarətinə gedən Caner bal ayı əvəzinə toydan sonra Məkkəyə, Ümrə ziyarətinə gedəcəyini açıqlayıb. O, Kəbədə olarkən yuxusunda Berke ilə evləndiyini görmüş və efirdə bunu demişdi.