Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçiriləcək.
Sarayın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, həmin gün Azərbaycan Dövlət Rəqs Ansamblının “Yeni Azərbaycanım” adlı möhtəşəm konsert proqramı və “Koroğlu” bir pərdəli milli baletinin premyerası olacaq.
Konsertin bədii rəhbəri və quruluşçu rejissoru Rusiyanın Xalq Artisti Dikalu Muzakaevdir.