Modeldən Kıvançın xanımını qısqandıracaq açıqlamalar - video

Modeldən Kıvançın xanımını qısqandıracaq açıqlamalar - video
11731 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktyor Kıvanç Tatlıtuğla “Mavi Jeans”in reklamına çəkilmək üçün İstanbula gedən braziliyalı model  Sindi Mello maraqlı açıqlamalar verib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 22 yaşlı model aktyora heyran olduğunu bildirib:

“Mavi Jeans” haqda Amerikada eşitmişdim. Orada satılır. Amma Kıvançı tanımırdım. İlk dəfə gördüm. Həqiqətən çox yaraşıqlı biridir. Kamera arxasında əyləncəli vaxt keçirdik. Eyni zamanda mənə türk dilində bir-iki kəlmə də öyrətdi”.

Sindi İstanbula və oranın yeməklərinə də vurğunluğundan söz açıb. O, "Burada olmaq çox həyəcanlı və gözəl bir hissdir", - deyib.

Qeyd edək ki, K.Tatlıtuğ stilist Başar Dizerlə ailəlidir.