Rusiyanın Soçi kəndində ikinci dəfə “Boogel Woogel” adlı dağ festivalı təşkil olunub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, martın 30-dan başlanan festival 4 gün davam edəcək. 1200 iştirakçısı olan festivalın “Guinness Rekorlar Kitabı"na düşəcəyi bildirilir.
Çimərlik geyimində xizəklə buzun üstündə sürüşən iştirakçılara 20 min izləyicinin tamaşa edəcəyi gözlənilir.
Qeyd edək ki, ilk dəfə ötən il təşkil olunan festivalda 1008 iştirakçı olub.