15 kiloqram arıqlamışdı, amma indi... - fotolar

15 kiloqram arıqlamışdı, amma indi... -  fotolar
9624 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Mətanət İsgəndərli ötən gün ad günü mərasimində görüntülənib.

Axşam.az-ın məlumatına görə, müğənni qızı Ülkərin nişanlanması ilə bağlı suallara cavab verməməyə çalışıb.
 
O bildirib ki, yaxın günlərdə övladına toy edəcək:

“Qızım onun şəxsi həyatından danışmağımı sevmir. Ona görə də geniş danışa bilmərəm. Nişanlanıb, toy olacaq".

M.İsgəndərlinin yenidən kökəlməsi diqqət çəkib. İfaçı pəhrizi dayandırdığı üçün itirdiyi çəkini geri aldığını söyləyib:

“Bir az kökəlmişəm. Yenidən pəhrizə başlayacam. Bu aralar çəkilişlərim çox olduğu üçün edə bilmirəm. Amma yaya arıqlamalıyam”.

Qeyd edək ki, müğənni bir müddət əvvəl pəhrizlə 15 kiloqram çəki atmışdı.

Foto: Ramin ASLANOV