Xanımlara gözəlliklə bağlı məsləhətlər
Aparıcı Samirə Rüstəmovanın layihəsi “Yeni stil” verilişinin ilk buraxılışı maraqlı görüntülərlə yadda qalıb.
Axşam.az-ın məlumatına görə, verilişdə xanımlar gözəlliklərinə xələl gətirən qüsurların çarəsi ilə tanış olacaqlar.
İzləyicilər dəridəki bir çox problemləri aradan qaldırmaq üçün məsləhətləri, saç tökülməsinin qarşısını alacaq maskaları məhz buradan əldə edə biləcək. Modelyer Gülnarə Xəlilova qış dəbi haqqında danışacaq.
Qeyd edək ki, Axşam.az-ın informasiya dəstəyi ilə yayımlanan “Yeni stil” hər həftənin cümə axşamı, saat 17:30-da İTV-də nümayiş olunur.