Uzun müddət anoreksiya xəstəliyindən əziyyət çəkən Nikola Kinq adlı qız Böyük Britaniyda bodibildinq üzrə keçirilən "Pure Elite"in qalibi olub.
Axşam.az-ın "Dailymail"ə istinadən məlumatına görə, 16 yaşından bəri qidasına və kalorisinə diqqət ayıran Nikola qısa müddət sonra ağır xəstəliyə tutulub. 25 kiloqram arıqlayan gənc qız həkimlərin nəzarətinə götürülür və ailəsi onun sağalacağına olan ümidi itirir.
6 il anoreksiya xəstəliyindən müalicə olunan N.Kinq 18 ay əvvəl yenidən özündə güc taparaq idmanla məşğul olmağa başlayır. Ötən həftə müsabiqəyə qatılaraq hər kəsi təəccübləndirən 24 yaşlı Nikola orada birinci olub. O, yarışmada ən gözəl bədəni olan iştirakçı seçilib.