Müğənnilər Ramiz Mirişlinin xatirə gecəsində - fotolar

Müğənnilər Ramiz Mirişlinin xatirə gecəsində -  fotolar
1495 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Ramiz Mirişlinin xatirəsinə həsr olunan konsert proqramı keçirilib.

Axşam.az-ın məlumatına görə, Heydər Əliyev Sarayında baş tutan gecədə bəstəkarın mahnıları səsləndirilib.

Konsertdə müğənnilər R.Mirişlinin “Bir könül sındırmışam”, “Dalğalar”, “Sənsən”, “Səni tapdı”, “Oxu bülbül”, “Səadət”, “Əlvida”, “Qızıl gülüm”, “Bir xumar baxışla”, “Yandım elə yandım”, “Gülandam” kimi mahnılarını oxuyublar.

Tədbiri izləməyə gələnlər arasında incəsənət xadimləri, iş adamları yer alıblar.

Foto: Rüstəm İSMAYILOV