"Belə tez olacağını gözləmirdim” – Röya

"Belə tez olacağını gözləmirdim” – Röya
2408 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Röya Ayxan Türkiyənin “Kral pop” telekanalına müsahibə verib.

Axşam.az-ın məlumatına görə, qardaş ölkədə qazandığı uğurdan danışan ifaçı hər şeyin bu qədər tez zamanda baş verməsinə təəccübləndiyini bildirib:

“Mənlə eyni sırada olan bütün ifaçılara hörmətim var. Onlarla bir yerdə olmaq pis deyil, özümü yaxşı hiss edirəm. Bu, böyük uğurdur. Amma hər şeyin belə tez baş verəcəyini gözləmirdim. Düşünürdüm ki, bir-iki ilə bu yerə çataram. Belə qısa zamanda alındığı üçün hər kəsə təşəkkür edirəm”.