Bu dəfə “Doktorlar” serialına çəkilməyəcək - fotolar

Bu dəfə “Doktorlar” serialına çəkilməyəcək - fotolar
3864 dəfə oxunub
  • A-
  • A
  • A+

2006-2011-cu illərdə yayımlanan məşhur “Doktorlar” serialında canlandırdığı “Ela” obrazı ilə yaddaşlarda qalan Yasemin Özilhan ötən gecə ticarət mərkəzlərindən birində görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, geyindiyi dəri gödəkçə və papağı ilə aktrisa diqqət çəkib.

Jurnalistlərin suallarını cavablandıran Yasemin “Doktorlar” serialı yenidən çəkiləcək, sizə də rol verilibmi” sualına “Ekranlara geri dönməyi düşünmürəm” deyib.

Qeyd edək ki, Y.Özilhan 2011-ci ildə “Anadolu Holding”'in rəhbəri İzzet Özilhanla ailə qurduqdan sonra aktrisalıq karyerasına son qoyub. Cütlüyün 2 iki övladı var.