ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Çin lideri Xin Jinpinq və xanımı Pen Liuyuanı qəbul ediblər.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Melaniya bu dəfə də geyimi ilə gündəm olub. Onun "Valentino"dan geyindiyi 4 min dollarlıq libas dəb tənqidçiləri tərəfindən bəyənilib.
Qırmızı rəng Çində uğurun rəngi olduğu üçün birinci xanımın bu seçimi doğru və zövqlü adlandırılıb.