Model Miranda Kerr ikinci dəfə ana olacaq.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Victoria’s Secret"in "mələy"inin neçə aylıq hamilə olması isə bəlli deyil. Onun hamiləliyi Çinə səfəri zamanı üzə çıxıb.
Qeyd edək ki, Miranda "Snapchat"ın yaradıcısı milyarder Evan Şpigellə nişanlıdır. Bu, modelin ikinci evliliyi olacaq. O, bundan əvvəl aktyor Orlando Blumla evli olub və cütlüyün bir oğlu dünyaya gəlib.
