Model Bella Hadid ötən gün Nyu-York küçələrində görüntülənib.Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 22 yaşlı fələstinli gözəllə eyni avtomobildə 20 yaşlı model Cordan Barret də olub.
İddialara əsasən, cütlük yeni görüşməyə başlayıb. Bella geyimi ilə də diqqət çəkib. Belə ki, cins və qara gödəkçədə olan Hadid sadə, lakin cazibadar görünüb.
Qeyd edək ki, B.Hadid repçi "The Weeknd" ilə sevgili olub. Belladan ayrıldıqdan sonra isə gənc ifaçı müğənni Selena Qomezlə münasibət qurmağa başlayıb.

