Hamilə Rozi Hantinqton Uayti və sevgilisi, aktyor Ceyson Stethem fotoqrafların obyektivinə tuş gəliblər.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, cütlük Nyu-York küçələrində görüntüləniblər. Fotoqraflar ilk Rozini rəfiqələri ilə çəkiblər. Hamilə olmağına baxmayaraq "Victoria's secret"in keçmiş mələyi rəfiqələrinə də vaxt ayıra bilir.
Rozi rəngli palto geyinərək böyümüş qarnını gizlətməyə çalışıb.
Model daha sonra sevgilisi ilə görüşərək, alış-verişə yollanıb.