“Eurovision 2017” təmsilçimiz Diana Hacıyevanın (Dihaj) promo-tur çərçivəsində keçirilər Amesterdam səfəri baş tutub.
Axşam.az-ın məlumatına görə, müğənni orada keçirilən ilin ən böyük “Eurovision” partisinə qatılıb.
“Eurovision in Concert” adlanan şənlikdə Dihaj media nümayəndələri ilə görüşüb, müsahibələr verib.
Tədbirdə Diana “Avropanın Siası” kimi təqdim olunub. 34 ölkə təmsilçiləri ilə bir araya gələn Dihaj “Skeletons” mahnısını da səsləndirib.
Diana səhnəyə çıxan zaman texniki problem də baş verib. Mikrofonu işləməyən müğənni özünü itirməyib, oxumağa davam edib.