“O olmasın, bu olsun” Los-Ancelesdə nümayiş edildi

“O olmasın, bu olsun” Los-Ancelesdə nümayiş edildi
280 dəfə oxunub
  • A-
  • A
  • A+

“O olmasın, bu olsun” musiqili kinokomediyası Los-Ancelesdə nümayiş etdirilib.

Axşam.az-ın Azərbaycanın Los-Ancelesdəki baş konsulluğuna istinadən xəbərinə görə, baş konsulluqda keçirilən nümayişdə amerikalı elm və mədəniyyət xadimləri, jurnalistlər, sənətsevərlər, eləcə də Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ölməz bəstəkarımız Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilmiş “O olmasın, bu olsun” musiqili kinokomediyasının təkcə xalqımız tərəfindən deyil, dünya kinosevərləri tərəfindən də uzun illərdir məhəbbətlə izlənildiyini və öz təravətini qoruduğunu, eləcə də beynəlxalq kino incəsənətinin unudulmaz əsərlərindən birinə çevrildiyini bildirib.

Sonra Los-Ancelesin tanınmış kardioloqlarından olan İzhar Xaruzi çıxış edərək bu gün də dünyanın müxtəlif ölkələrində qadın haqlarının inkişafı sahəsində ciddi islahatlara ehtiyac duyulduğunu vurğulayaraq, “O olmasın, bu olsun” kimi əsərlərin öz aktuallığını qoruduğunu, belə bir gözəl filmi ərsəyə gətirərək, istedadlı Azərbaycan kinematoqraflarının dəyərli kino əsəri yaratdığını bildirib.

Daha sonra film nümayiş etdirilib.