Xəbər verdiyimiz kimi, bu gün model İrina Şeyk və aktyor Bredli Kuperin ilk övladının doğulduğu məlum olub.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, İrina son 9 ay ərzində hamiləliyini gözdən uzaq və fotoqraflardan yayınaraq keçirib. O, qarnını gizlətmək üçün müxtəlif üsullardan istifadə edib.
Qeyd edək ki, Şeykin hamiləliyi ilk dəfə "Victoria's Secret"in ilin sonu üçün keçirilən şousunda bəlli olmuşdu. Bir neçə həftə doğulan körpənin cinsiyyəti və adı barədə məlumat yoxdur.