Gənc Tamaşaçılar Teatrı yenə gedir

Gənc Tamaşaçılar Teatrı yenə gedir
467 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalına hazırlaşır.
 
Belə ki, Rusiyanın İvanov vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” (“Горячее сердце”) klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz N.V.Qoqolun “Dəlinin qeydləri” mono-tamaşası ilə təmsil olunacaq.

Gənc Tamaşaçılar Teatrından Axşam.az-a bildirilib ki, aprelin 17-dən 25-dək davam edəcək festivalda sözügedən teatrla yanaşı, “Sfera” Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N.Ostrovski adına Kineşma Dram Teatrı, M.Y.Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar iştirak edəcəklər.

Festivalda N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş olunacaq.

Doqquz gün davam edəcək festivalda 10 səhnə əsərinin nümayişi nəzərdə tutulur.