Sosial şəbəkə gözəli, iş qadını Eda Taşpınarın başına iş gəlib.Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, evinin nərdivanlarından yıxılan Eda dərhal xəstəxanaya aparılıb.
Xəstəxanada jurnalistləri görən Taşpınar əlil arabasına oturmaqdan imtina edib və sualları cavablandırıb.
“Müayinə edib, sarğı qoydular. 3-4 həftə sarğını saxlamaq məcburiyyətindəyəm”, - deyə Eda vurğulayıb.
Qeyd edək ki, E.Taşpınar sosial şəbəkələrdə paylaşdığı cəsarətli fotoları ilə gündəm olub.