"Vogue" jurnalının 100 illik tarixində ilk

"Vogue" jurnalının 100 illik tarixində ilk
995 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur "Vogue" jurnalının Böyük Britaniya versiyasının yüz illik tarixində bir ilk yaşanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, ilk dəfə jurnalın baş redaktorluğuna kişi təyin olub.

Belə ki, 25 ildir dərgidə baş redaktor olan Aleksandra Şulmanın işdən çıxmasından sonra onun yerinə Edvard Enninful keçib. Edvard 2011-ci ildən bu vaxta kimi "W Magazine"in moda və yaradıcı direktoru olub. Uzun müddətdir Londonda yaşayan, əslən Qanadan olan 45 yaşlı Enninful jurnal tarixində ilk kişi olmaqla yanaşı, ilk qaradərili baş redaktordur.