Mələyin “Təəccüb çevrəsi”ndə nələr olacaq? - fotolar

Mələyin “Təəccüb çevrəsi”ndə nələr olacaq? -  fotolar
1544 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, “Space” telekanalında yayımlanan “Təəccüb çevrəsi” verilişinə bundan sonra Mələk Heydərova aparıcılıq edəcək.

Axşam.az-ın məlumatına görə, proqramın ilk buraxılışı bu gün efirə gedəcək.

Proqram illuziya üzərində qurulub. İlluziyaçı Çingiz qonaqlar üçün maraqlı nömrələr nümayiş etdirir. Eyni zamanda müğənnilər, aktyorlar, idmançılar berilişdə qonaq olacaqlar.

Verilişin budəfəki qonaqları aktrisa Cəmilə Tağızadə, aktyor Elcan Rəsulov və müğənni Nadir Bayramlı olacaq.

M.Heydərovanın aparıcılıq edəcəyi “Təəccüb çevrəsi”nə bu gün saat 22:45-də baxa bilərsiniz.