Azərbaycan Dövlət Musiqili Teatrının əməkdaşı Dolores Bəymuradova mükafatlandırılıb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, teatrın direktoru Əliqismət Lalayev bu barədə əmr imzalayıb.
Əmrə əsasən teatr sahəsindəki uzunmüddətli, səmərəli fəaliyyətinə, milli mədəniyyətimizin inkişafındakı xidmətlərinə görə və 80 illik yubileyi münasibətilə hazırda teatrda müqavilə yolu ilə çalışan orkestr artisti (konsertmeyster) Bəymuradova Dolores Rəhimovna mükafatlandırılıb.
Qey edək ki, Dolores Bəymuradova 1961-ci ildən Azərbaycan Dövlət Musiqili Teatrında çalışmağa başlayıb.