Aktrisa Ancelina Coli Bred Pitdən ayrıldıqdan sonra özünə yeni ev alıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hollivud aktrisası bundan sonra uşaqları ilə Los-Ancelesdə yerləşən yeni evində yaşayacaq.
Dəyəri 25 milyon dollar olan malikanə 7500 kvadrat metrdir. İki bağçası və üzgüçülük hovuzu olan villa 2.1 hektar sahədədir. Evin mətbəxi, nəhəng zalı, 9 yataq otağı var.