Kremldə Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək

Kremldə Müslüm Maqomayevə həsr edilən konsert keçiriləcək
325 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 31-də Dövlət Kreml Sarayında Müslüm Maqomayevin anadan olmasının 75 illiyinə həsr edilən “Sənsiz nəğmə yoxdur” adlı konsert proqramı təqdim ediləcək.
 
Axşam.az-ın məlumatına görə, konsert “Rus filarmoniyası” Moskva simfonik orkestri və “XXI əsrin tenorları” art-layihəsinin birgə proqramı əsasında reallaşacaq.

Konsertdə Dmitri Yurovskinin dirijorluğu ilə “Rus filarmoniyası” Moskva simfonik orkestri, habelə Rusiya Dövlət Akademik Böyük Teatrının, K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının, Y.Kolobov adına Yeni Opera Moskva Teatrının, Almaniyanın Leypsiq Opera Teatrının solistləri çıxış edəcəklər. Konsertin xüsusi qonağı Vasilisa Berjanskaya (metso-soprano) olacaq.

AZƏRTAC