Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq

Hacıbaba Bağırovun 85 illik yubileyi qeyd olunacaq
674 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, “Şöhrət” ordenli Hacıbaba Bağırovun anadan olmasının 85 ili tamam olur.

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu Axşam.az-a bildirib ki, Hacıbaba Bağırovun 85 illik yubileyi Dövlət Musiqili Teatrında qeyd ediləcək.

Teatrın rəhbərliyi böyük gülüş ustasının yubileyi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb.

İyunun 12-də aktyorun məzarı teatrın kollektivi tərəfindən ziyarət olunacaq. İyunun 11-də isə vaxtı ilə onun Məşədi İbad obrazını canlandırdığı Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının nümayişi nəzərdə tutulur.

Teatrda Hacıbaba Bağırovun qızı Şölə Bağırovanın rəsmlərindən ibarət sərgi də təşkil olunacaq.