Dünyada tanınmış markalardan olan “Barutti” mağazaları da BSF-yə qoşulub.
Axşam.az-ın məlumatına görə, mağazaların alıcıları da artıq Festival fürsətlərindən faydalana bilərlər.
Turistlər və Azərbaycan vətəndaşları festival müddətində “Barutti” brend mağazasında alış-veriş etməklə böyük güzəştlər əldə edəcəklər. Belə ki, Bakı Şopinq Festivalının alıcılara təqdim etdiyi endirim aksiyalarına qoşulan “Barutti” mağazasında seçilmiş malların qiyməti 30%-a qədər aşağı olacaq. Bu sərfəli təkliflər mayın 10-dək qüvvədə olacaq. Eləcə də, ödənilən məbləğin ƏDV-si alıcılara geri qaytarılacaq.
Bakı Şopinq Festivalı alıcıları “Baku Shopping Festival – Tax Free” loqosu olan “Barutti” mağazasında alış-veriş etməklə, öz büdcəsinə qənaət etməyə dəvət edir.
Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/ru/istirakcilarin-siyahisi/ linkində tanış olmaq olar. Həmin mağazalar mayın 10-nadək müştərilərə endirim və güzəştlər təqdim edəcəklər.