Sərdar Ortaçı konsertində daşa basdılar - Video
Türkiyəli müğənni Sərdar Ortaçın konsertində qalmaqal yaranıb.
Axşam.az xəbər verir ki, Manisada Cümhuriyyət Günü münasibəti ilə təşkil edilən konsert proqramında izləyicilərdən biri sənətçiyə daş atıb.
İfaçı "İkinci daş gələnə qədər oxuyacam" deyib və mahnısına davam edib. Lakin bir neçə dəqiqə sonra səhnəyə taş, şüşə, çəngəl və digər əşyalar atılıb. Bunu görən Sərdar Ortaç avtomobilinə minərək otelə gedib.
Manisanın Bələdiyyə sədri Çingiz Ergün baş verənlərə görə çox təəssüfləndiyini, hadisənin səbəblərinin araşdırılacağını bildirib.