Röyanın klipi "ən yaxşı" oldu - Video

Röyanın klipi "ən yaxşı" oldu - Video
2878 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesin tanınmış simaları bu dəfə çəkdirdikləri kliplərlə yarışa girib.

Axşam.az-ın məlumatına görə, məşhurlar ATV telekanalında yayımlanan “Onlar” verilişinin yeni rubrikası olan “Top 10”da üz-üzə gəlib. Onlardan kimin ekran işinin çox sevildiyi səsvermə vasitəsilə müəyyənləşib. Bu həftə Röyanın “Gəmiçilər” klipi qalib gəlib. İzləyicilərin səsverməsi nəticəsində ümumi sıralama belə olub:

1. Röya - “Gəmiçilər”
2. Aygün Kazımova və reper Snop Doq - “Coffee from Colombia”
3. Elnur Məmmədov - “Sərin gecələr”
4. Günay İbrahimli - “Söz olar”
5. Tünzalə Ağayeva - “İstəyirəm”
6. Sevda Yahyayeva - “Unut”
7. Eldar Qasımov - “The one”
8. Natavan Həbibi - “Sus”
9. Ayan Babakişiyeva - “Mən olacağam”
10. Abbas Bağırov - “Sev məni”

Qalib olmasından danışan Röya bunları deyib: “Dedilər ki, “Gəmiçilər” birinci yerdədir. Axır ki, bildiniz, kimə səs vermək lazımdır, kimdir birinci”.

Ekran işlərinə səs vermək üçün “Onlar” verilişinin “Facebook”dakı "www.facebook.com/10lar” səhifəsinə daxil olun.