"Rəqs edən milyonçu" Bakıda: "Zövq və ehtiras lazımdır"

"Rəqs edən milyonçu" Bakıda: "Zövq və ehtiras lazımdır"
10985 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bakı Şopinq Festivalı" çərçivəsində paytaxtımıza gələn məşhur DJ Canluka Vakki mətbuat konfransı keçirib.

Axşam.az-ın məlumatına görə, "Rəqs edən milyonçu" adı ilə dünyada tanınmış Canluka jurnalistlərlə söhbətində qeyd edib ki, o, 45 yaşı olanda di-ceyliyə başlayıb:

"Əvvəllər iş adamı idim, indi isə şou simasına çevrilmişəm".

Vakki məşhurlaşdığı rəqsləri özünün hazırladığını deyib:

"Rəqslərimin hamısı spontandır. Heç bir peşəkar hazırlıq görmürük. Sadəcə bunun üçün zövq və ehtiras lazımdır".

Bakıya heyran olduğunu vurğulayan di-cey buranın insanlarının çox xoşbəxt olduğunu əlavə edib.

Foto: Ramin ASLANOV