Messinin oxşarı saxlanıldı - fotolar

Messinin oxşarı saxlanıldı - fotolar
13138 dəfə oxunub
  • A-
  • A
  • A+

İran polisi “Barselona” klubunun argentinalı hücumçusu Lionel Messinin İranda yaşayan oxşarı Rza Parasteşi həbs edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb Rzanın həftəsonu ictimai asayişi pozması olub.

Belə ki, 25 yaşlı tələbə küçədə onunla şəkil çəkdirmək istəyənləri rədd etməyib və bununla yolda tıxac yaranıb. Polis isə küçədə sakitliyi təmin etmək üçün Parasteşini saxlayaraq avtomobili ilə şöbəyə aparıb.

Qeyd edək ki, R.Parasteşi futbol fanatı olan atasının "Barselona" formasında çəkilmiş şəklini idman saytlarından birinə göndərdikdən sonra gündəm olub. Messiyə bənzərliyi ilə diqqət çəkən tələbədən dünya KİV-i intervyular almağa başlayıb.